22-31 may 2024-cü il tarixlərində Coders Azerbaijan, Dövlət Gömrük Komitəsinin Akademiyası (DGKA) və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) birgə təşkilatçılığı ilə həyata keçirilən “Kod Saatı” layihəsi böyük uğurla başa çatdı. Bu layihə proqramlaşdırma sahəsində biliklərini artırmaq istəyən gənclər üçün mükəmməl bir fürsət oldu.
Layihənin əsas məqsədi tələbələrin alqoritmik düşünmə bacarıqlarını inkişaf etdirmək, komanda işini öyrətmək və onları texnologiyanın ən son nailiyyətləri ilə tanış etmək idi. Tədbir çərçivəsində 22 komanda seçilərək bir həftə ərzində təcrübəli mentorların rəhbərliyi ilə işlədilər. Hər bir komanda fərqli tapşırıqları həll etmək və alqoritmik biliklərini praktiki şəkildə tətbiq etmək üçün öz bacarıqlarını nümayiş etdirdi.